Proqram haqqında

Easy Step ERP — kiçik və orta müəssisələr üçün tam funksionallığa malik ERP proqramıdır. Satışdan anbara, mədaxildən məxaricə, hesabatdan təsdiqə qədər bütün biznes proseslərini vahid interfeysdə birləşdirir.

8+ Əsas modul40+ Ekran15+ Hesabat24/7 Dəstək
📄 Prezentasiyanı yüklə

Funksiyalar

Anbar uçotu, real qalıqlar, aydın ödənişlər, təchizat və borc nəzarəti — təchizatçı və paylama şirkətləri üçün.

01

Alış-satış sifarişləri, qaimə, faktura və tranzit əməliyyatlarının idarəetməsi

Sifarişdən qaiməyə, faktura və invoice-ə qədər tam sənəd axını. Tranzit əməliyyatları ilə təchizat-satış dövriyyəsinin vahid idarəetməsi.

02

Anbar uçotu, real vaxt stok nəzarəti və minimum stok limitləri

Çoxanbarlı uçot, real vaxt stok monitorinqi, minimum stok limitləri, inventarizasiya və anbarlar arası transfer.

03

Müştəri əsasında fərqlənən qiymət siyahıları (PriceList)

Hər müştəri və ya müştəri qrupu üçün xüsusi qiymət siyahıları. Müştəri kateqoriyalarına görə avtomatik qiymətləndirmə.

04

Debitor-kreditor uçotu və borcların yaşlanma (Aging) hesabatı

Təchizatçı və müştəri kartları, VÖEN, bank rekvizitləri. Debitor-kreditor uçotu və borcların yaşlanma hesabatı ilə borc analizi.

05

Kassa, bank və pul vəsaitlərinin vahid idarəetməsi

Kassa, bank, mədaxil-məxaric, gəlir-xərc qrupları, avans mexanizmi və nağd pul axını (Cash Flow) izləməsi.

06

Ekspeditor idarəetməsi və hesablaşma hesabatları

Ekspeditor kartları, konsignasiya hərəkətləri və hesablaşma sənədləri. Ətraflı ekspeditor hesabatları.

07

Realizasiya (konsiqnasiya) üzrə sənədlər və hesabatlar

Realizasiya ilə işləyən şirkətlər üçün hesablaşma sənədləri, hesabatlar və əməliyyat tarixçəsi.

08

Əmək haqqı uçotu

İşçi kartları, şöbələr, əmək haqqı hesablanması və əlaqəli hesabatlar.

09

İdarəetmə və əməliyyat xərclərinin uçotu

İdarəetmə xərcləri və digər əməliyyat xərclərinin (ofis, kommunal, loqistika və s.) uçotu və analizi.

10

Layihə əsasında sifariş idarəetməsi və hesabatlılıq

Layihə əsasında sifarişlərin idarə olunması, layihə-əməliyyat əlaqəsi və hesabatlılıq.

11

Mənfəət-zərər (P/L) və nağd pul axını (Cash Flow) hesabatları

Mənfəət-zərər (P/L), nağd pul axını (Cash Flow), stok qalığı, borclu-borcsuz, gəlir-xərc analizi.

12

Çoxmərhələli sənəd təsdiqlənmə mexanizmi və təhlükəsizlik

Qaimə, faktura və invoice-lərin çoxmərhələli təsdiqlənməsi. Verilənlər bazasının ehtiyat nüsxəsi və bərpası. Audit jurnalı və rol əsaslı icazə idarəetməsi.

13

Panel və əsas göstəricilər

Bir baxışda əsas KPI-lər: stok vəziyyəti, borc balansı, nağd vəziyyəti, satış göstəriciləri. Real vaxt ümumiləşdirilmiş panel.

14

Excel ixrac və məlumat idxalı

Hesabatların və cədvəllərin Excel/CSV formatında ixracı. Məhsul, kontragent və əməliyyatların kütləvi idxalı.

15

Mobil tətbiq, hesabat çıxışı və bildirişlər

Mobil tətbiq vasitəsilə hesabatlara çıxış. Sənədlərin mobil üzərindən təsdiqlənməsi. Sənəd vəziyyəti barədə avtomatik bildirişlər.

Proqramın prezentasiyasını əldə edin

Easy Step ERP-nin əsas imkanları, modulları və texniki spesifikasiyası haqqında ətraflı PDF təqdimatı.

📄 Prezentasiyanı yüklə (PDF)